Maşın bazarında DURĞUNLUQ

Avtomobil bazarında durğunluq hökm sürür.
Satan çox, alan yox. Söhbət Tovuzda avtomobillərin satıldığı məkandan gedir. Bazarda avtomobil və sahibləri üstünlük təşkil etsə də, maşın alıb məkanı tərk edən gözə dəymir.
Tovuzda əsasən Rusiyada istehsal edilən "VAZ" markalı minik vasitələrinin satışa çıxarıldığı bazar sanki sərgini xatırladır. Avtomobil sahibləri az-az gözə dəyən alıcıların maşınların istehsal ilini, qiymətini soruşub keçdiklərini deyirlər. Yük avtomobilləri ilə ümumiyyətlə maraqlanan yoxdur.
Avtosfer.az kəpəztv-yə istinadən xəbər verir ki, bazarda diqqət çəkən məqam isə istehsal ili köhnə olan maşınların baha olmasıdır. Belə ki, 18-20 yaşlı "VAZ 21-06" 3500-4000 manata təklif edilir. İstehsal ili 2007-2008-ci il olan "VAZ 21-07"-nin qiyməti isə 3000-3500 manat arasındadır. Bölgə sakinləri komfort baxımından xaricdə istehsal edilən avtomobillərin üstün olduğunu bildirsələr də, ehtiyat hissələrinin baha olması Rusiya istehsalı olan maşınlara marağı artırır. Bunu nəzərə alan avtomobil satanlar isə köhnə olsa belə maşınları baha satmağa çalışırlar.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










