Maşın piyada keçidinin üzərində iki qadını vurdu - VİDEO

Bakıda yüksək sürət daha iki piyadanın ağır xəsarət almasına səbəb olub. Avtosfer.az “RegionTV”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsində qeydə alınıb. 34 yaşlı Cavid Nəzərov idarə etdiyi “Audi” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən iki piyadanı vurub. Zərbə elə güclü olub ki, qadınları 10 metrdən çox məsafəyə tullayıb. Dəhşətlisi isə budur ki, hadisə piyada keçidinin üzərində baş verib. 48 yaşlı Sənubər Hacıyeva və həmyaşıdı olan xalası qızı Raifə İsayeva qohumlarının evinə bayramlaşmağa gedirmişlər. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıblar. Dərhal əməliyyat olunan zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəzanı törədən sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Amma Cavid Nəzərovun sərxoş olmadığı aydınlaşıb. Avtomobil cərimə meydançasına aparılıb. İlkin ehtimala görə, bu qəzanın da səbəbi yüksək sürətdir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












