Maşın qaçıran keçmiş məhkum məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tamaz Bayramov və Cəlil Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. "Report"un məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən C.Mikayılov isə 3 min manat məbləğində cərimə olunub. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə Bakının Nəsimi rayonu ərazisində baş verib. Hacıqabul rayon sakini Asif Həsənova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Nəsimi rayon Polis İdarəsinə məlumat daxil olub. Məlumat dərhal Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti vasitəsilə yoxlanılıb. Yoxlama zamanı avtomobilin paytaxtdan çıxarıldığı aydın olub. Polis əməkdaşlarının keçiridiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Tamaz Bayramov və Ağdam rayon sakini Cəlil Mikayılov tutulublar. Avtomobil Ağdam rayonu ərazisində tapılıb. Məlum olub ki, şübhəli şəxslərin hər ikisi əvvəllər həbsxana həyatı yaşayıblar. Dəfələrlə oğurluq etdikləri üçün əvvəllər məhkum olunan Tamaz Bayramov həbsxanada Cəlil Mikayılovla tanış olub. Həbsxanadan dostluq etməyə başlayan Tamaz Bayramov və Cəlil Mikayılov həbsdən azad ediləndən sonra dostluqlarını davam etdiriblər.
Birlikdə paytaxtda gəzən iki dost oğurluq etmək qərarına gəlib. Onlar Asif Həsənovun avtomobilini oğurlayandan sonra Ağdam rayonuna gediblər. Elə orada da saxlanılıblar.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












