Maşını nə ilə yuyaq: qabyuyan maye, yoxsa uşaq şampunu?

Suda rahat həll olduğu üçün bir çox avtomobil sahibi maşın yuyarkən qabyuyan mayedən istifadə edir. Halbuki, xarici ekspertlər qətiyyətlə bunun əleyhinədirlər.
Avtosfer.az xəbər verir ki, qabyuyan mayelər bir qayda olaraq yağı təmizləmək üçün nəzərdə tutulub. Bu səbəbdən onların tərkibində turşuluq yüksəkdir. Buna görə də, onlar yağı təmizləsələr də, avtomobilin üzərindəki palçığı təmizləyə bilmirlər. Üstəgəl, nə qədər təmiz yuyulsa da, kuzovda ləkələr qalır.
Ən təhlükəlisi isə budur ki, müntəzəm istifadə zamanı mayenin tərkibindəki turşular metal hissələrin korroziyasını sürətləndirir.
Buna görə də maşın yuyarkən ən yaxşı vasitə avtomobil şampunudur. Əgər bu yoxdursa, uşaq şampunundan da istifadə etmək mümkündür. Çünki bu şampunların tərkibi az aqressivdir.
Vüqar
Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır
Yaponiyalı istehsalçı mexaniki ötürmədən imtina etmir
Uşaq arabasını “Lamborghini” istehsal etsə, qiymət də belə olar
Avtomobil sahiblərinin nəzərinə! - Xərclər artır
50-ci illərdə fara reklamı - FOTO
Bulvarda klassik avtomobillərin sərgisi keçirilir - FOTO
“Suzuki” Pakistanda istehsal edilmiş avtomobilləri ixrac edir – TARİXDƏ İLK
Bu tarixdən maşınlar 3-5 faiz bahalaşa bilər - AÇIQLAMA
Təkər partladı, disk bu formanı aldı
Yanacağa qənaət etmək istəyən sürücülərə XƏBƏRDARLIQ: Avtomobil zərər görə bilər
Çin şirkətləri avtomobil istehsalını xaricə köçürür – SƏBƏB










