Maşının adı - "Zika" virusu - FOTO

Dünyanı cənginə alan "Zika" virusu artıq sənaye sahəsinə də sıçrayıb. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Latın Amerikasından sonra ABŞ və Avropaya da sıçrayan virus yeni avtomobil modelinin adını dəyişməyəsinə səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyəcan təbili çaldığı bir zamanda Hindistanın avtomobil nəhəngi olan "Tata" yeni modelinin adını dəyişməli olub. Belə ki, "Tata"nın yeni modeli "Zika" adlanmalı idi.
Lakin sürətlə yayılan, xüsusilə hamilələrə təhlükə törədən virusla bağlı ÜST-ün fövqəladə vəziyyət elan etməsindən sonra şirkət yeni qərar qəbul edib. "Zika" modelinin adı dəyişdiriləcək. Lakin hələlik yeni modelin necə adlanacağı bəlli deyil. Yeni ad bir neçə həftə ərzində açıqlanacaq.
Bu barədə qərara gec verildiyi üçün "Tata"nın sabah başlayacaq "Delhi Auto Show"da nümayiş ediləcək modeli "Zika" adı ilə tanıdılacaq.
Şirkət bu modellə Cənubi Amerika bazarına çıxmağı düşünür. Bunun üçün maşının reklam çarxında da argentinalı futbol ulduzu Lionel Messi çəkilmişdi.
"Zika" virusu milçək sancması ilə yayılır. Virus xüsusilə hamilə qadınlar üçün təhlükə mənbəyidir. Çünki hamilə qadın virusa yoluxarsa onun bətnindəki körpənin başında, beynində inkişaf ləngiyir. Nəticədə baş normal körpələrdən daha kiçik ölçülü olur.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










