Maşınlara yenə may-noyabr aylarında plyonka vurmağa icazə verilir? - RƏSMİ CAVAB

“Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu avtomobillərə plyonka və ya jalüz vurulması barədə məhdudiyyətin aradan qalxmasıdır.
Xəbər verdiyimiz kimi, sabahdan etibarən ölkədə nəqliyyat vasitələrinə plyonka çəkilməsi və jalüz vurulması barədə yeni qərarlar qüvvəyə minir.
Ancaq bu məsələdə əksəriyyətə qaranlıq qalan məqamlar var. Onlardan əsası plyonka və jalüzlərə yenə əvvəlki kimi may ayından noyabradək icazə verilməsidir. Bəziləri elə bilir ki, yeni qərarın əvvəlkindən fərqi yoxdur. Yəni, bu dəfə də bəzi sürücülər avtomobillərinə yalnız may ayından noyabradək plyonka çəkə biləcəklərini düşünürlər.
Məsələni aydınlaşdırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, yeni qərar may-noyabr mövsümü nəzərdə tutulmur. Yəni, artıq daimi olaraq, sürücülər avtomobillərinə plyonka çəkə və jalüz quraşdıra bilərlər. Ancaq əvvəlki icazələrdən fərq ondadır ki, indi ön şüşənin yuxarı hissəsinə 15 sm-lik plyonka vurmağa da icazə verilir. Ön şüşənin yuxarı hissəsi dedikdə, zavodun günəş işığından müdafiə üçün istehsal etdiyi 15 sm-lik hissə nəzərdə tutulur.
Qeyd edək ki, fevralın 24-dən etibarən nəqliyyat vasitələrinin arxa yan, yük yerinin yan və arxa şüşəsinə plyonka və ya jalüz çəkilməsinə icazə verilir. Bu barədə daha ətraflı əvvəl verdiyimiz xəbərdən məlumat ala bilərsiniz.
Lent.az
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır











