Məbləği göstərilməyən cəriməyə görə sürücü barəsində tədbir görülə bilməz

Son zamanlar DYP-nin bəzi elektron protokolları 0 (sıfır) manat cərimə ilə tərtib edilir. Həmin protokollara əsasən, sürücünün törətdiyi inzibati xətanın qısa mahiyyəti qeyd edilsə də, cərimənin məbləği elektron protokollarda əks olunmur. Avtosfer.az xəbər verir ki, məsələnin hüquqi tərəfini milli.az-a şərh edən hüquqşünas-vəkil Asif Abdullayev bildirib ki, elektron protokolda cərimənin əks olunmaması qanuna ziddir: "Belə ki, martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 122.3.3.-cü maddəsinə əsasən, elektron protokolda cərimənin məbləği və onun ödəniş qaydası qeyd edilməlidir. Elektron protokolda cərimə məbləğinin göstərilməməsi sürücünün problemi deyil. Bu səbəbdən də, protokolda cərimənin göstərilməməsi ilə bağlı sürücü əlavə narahatlıq yaşamamalıdır və bu qüsurlar DYP tərəfindən aradan qaldırılmalıdır".
Vəkilin sözlərinə görə, elektron protokolda cərimənin məbləği göstərilmədiyi üçün ödənişdən yayınmaya görə sürücü barəsində tədbir görülə bilməz və ödənişin gecikməsi üçün cərimə hesablana bilməz: "Belə ki, sıfır manat cərimə nəzərdə tutan protokoldan 10 gün ərzində vəsatət verilməsə, o, qərar qüvvəsini alır və növbəti 10 gün keçdikdən sonra qüvvəyə minir. Sıfır manat cərimə nəzərdə tutan qərarın icrası və icra edilmədiyi müddət ərzində ona faizlərin hesablanması qeyri-mümkündür. Onu da bildirim ki, sıfır manat cərimə nəzərdə tutan elektron protokolun cərimə məbləğinin müəyyən edilməsi üçün, sürücü DYP-yə müraciət etmək vəzifəsi daşımır. Cərimənin sıfır manat göstərilməsini "texniki problem" və yaxud "texniki məsələ" kimi adlandırmaq yersizdir. Belə ki, həmin "texniki məsələlər" qanunun tətbiqini dayandıra bilməz. Sürücüyə qanunun tələblərinə uyğun şəkildə tərtib edilmiş, yəni cərimə məbləği dəqiq göstərilən protokol göndərmək DYP-nin vəzifəsidir.
Qeyd etmək lazmdır ki, bu sahədə ildən-ilə təkmilləşən qanunvericilik bazasının əsas məqsədlərindən biri də, vəzifəli şəxs-vətəndaş ünsiyyətini mümkün qədər aradan qaldırmaqdır. Yeni İnzibati Xətalar Məcəlləsi də bu istiqamətdə mühüm addımlardan biri hesab olunur. Məcəllədə elektron ödəniş, elektron müraciət və sair bu kimi halların tətbiqinə imkan yaradılıb".
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO










