Mercedes 1000-güclü hiperkar hazırlayıb - FOTO

Mercedes-AMG şirkəti hibrid hiperkar Project One təqdim edib. Yenilikdə Formula-1 bolidlərindəki yüksək texnologiyadan istifadə olunub. Avtomobil Frankfurt avtosalonu çərçivəsində təqdim ediləcək. Mercedes-AMG Project One dəqiqədə 11 min dövr vura bilən, 1,6-litrlik V6 hibrid güc qurğusu ilə təchiz edilib. Mühərrikdə standart yaylı klapanlar əvəzinə pnevmo paylayıcılardan, o cümlədən elektrikli turbo yükləyicilərdən istifadə edilib. Avtomobilin arxa hissəsində yerləşdirilmiş daxili yanma xüsusiyyətli mühərrik elektrik mühərriki ilə birgə çalışır. Onların arxa oxa ötürülən ümumi gücü 680 a.g.-dür. Qabaq təkərlərin hər birində əlavə köməkçi elektrik aqreqatı dayanır. Hiperkarın hibrid güc qurğusunun gücü 1000 a.g.-dür. Elektrik mühərrikləri tökmə-ion akkumulyatorlardan qidalanır. Onlar əyləc zamanı qabaq təkərlərdən enerjinin 80 faizini bərpa edə bilirlər. Yalnız elektrik dartma gücü ilə 25 km məsafə qət etmək olar. Mercedes-AMG Project One yerindən 100 km/saata 2,5, 200 km/saata isə ən gec 6 saniyəyə sürətlənir. Maksimal sürət 350 km/saatdan artıqdır. Hiperkar yaylı-hidravlik tənzimlənən amortizatorları, karbon-keramik əyləc mexanizmi və 3 cür tənzimləmə variantlı trekşn kontrolu olan yürüş asması alıb.








Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












