Mercedes-AMG sedanını təqdim etdi - FOTO

Mercedes-Benz kupe GT bazasında olan sedanının prototipini təqdim edib. Avtomobilin konsepti Mercedes-AMG brendi altında buraxılıb və martın 7-də Cenevrə avtosalonunda təqdim edilib. Mercedes-AMG GT4 adlı yeniliyin əsas rəqibi Porsche Panamera Turbo olacaq. Avtosfer.az xəbər verir ki, yenilik 2019-cu ildə seriyalı versiya alacaq. Şirkətin model sırasında bu avtomobil CLS Shooting Brake-in yerini tutacaq. Avtomobilin əsas rəqibləri isə Audi A7, BMW 6-Series GranCoupe və Porsche Panamera olacaq. Yeniliyin dizaynı Mercedes-AMG GT3-ü xatırladır. Avtomobil MRA platformasında yığılıb. Bu şassi hazırda C63, E63 və S63 AMG-də istifadə edilir. Çəkini yüngülləşdirmək üçün sedanın bütün detalları alüminiumdan və yüksək dözümlü poladdan hazırlanıb. Yenilik 4,0-litrlik benzin V8 və elektrik mühərriklərindən ibarət hibrid güc qurğusu alıb. Avtomobilin ümumi gücü 800 a.g.-dür. O, 100 km/saata 3 saniyəyə sürətlənir. Konsept, həmçinin avtomat sürət qutusu - Speedshift MCT və yenidən tənzimlənmiş asılqan alıb.









Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












