Mercedes-Benz E-Class "Mild Hybrid" kupe və kabrioletləri – FOTO

Mercedes-Benz şirkəti E-Class kupe və kabrioletinin “yumşaq hibrid”, – Mild Hybrid adlandırılan modifikasiyalarını təqdim edib. E350 indeksinə sahib olan avtomobillər yeni 2,0-litrlik turbomühərrikə və 48-voltluq enerji sisteminə malik olublar. Yeni dörd silindrli turbomühərrik 299 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. Güc aqreqatı doqquz pilləli avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Gücün qısamüddətli artırılması üçün EQ Boost startyor-generatorundan istifadə edilir ki, 2500 dövr/dəqiqədə bu generator əlavə 13 at qüvvəsi və 150 Nm fırlanma anı hasil edir.
48 voltluq enerji sistemindən qayışlı ötürməsi olan generatorun qidalanması üçün istifadə edilir.Bununla yanaşı sistem əyləcləmə zamanı əldə edilən enerjinin rekuperasiyasına (12 kilovata qədər), gücün qısamüddətli qısamüddətli artırılmasına və gillətmə ilə gedən zaman mühərrikin söndürülməsinə cavabdehdir. “Yumşaq hibrid” modifikasiyalı kupe 100 km/saat sürətini 5,9, kabriolet isə 6,1 saniyəyə toplayır. Avtomobillər qarışıq rejimdə 100 kilometrə, müvafiq olaraq, 6,7 və 6,8 litr yanacaq sərf edirlər.
“Yumşaq hibridlərin” təzhizatına yeni kuzov rəngləri, başqa ön bamper və rombşəkilli naxışları olan radiator barmaqlığı, həmçinin 20-düymlük təkər diskləri daxil edilib.

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












