"Mercedes"dən yeni "Galenvagen" gəlir – FOTO

Şirkət rəsmi surətdə bəyan edib ki, o, yeni nəsil yolsuzluq avtomobili G-Class üzərində iş aparır. Bu barədə Automotive News jurnalına müsahibəsində Mercedes-Benz-in yolsuzluq nəqliyatı vasitələri şöbəsinin rəhbəri Qunnar Qetenke danışıb. Top menecerin sözlərində görə, avtomobilin təqdimatı gələn il olacaq. Qetenke bildirib ki, yeniliyin ölçüləri sələfinə nisbətən böyüyəcək. Bunun sayəsində arxa sərnişin oturacaqlarının rahatlığı təmin ediləcək. Bundan əlavə, top menecer yeni nəsil G-Class-ın müstəqil qabaq asma ilə təchiz ediləcəyi barədə məlumatı təsdiqləyib. Yolsuzluq avtomobili çərçivə konstruksiyasını qoruyub saxlayıb və 3 differensialı olan tam ötürücülü sürət qutusu alacaq. Texniki xarakteristika barədə digər məlumatlar gizli saxlanılır. Qeyri-rəsmi məlumata əsasən, yolsuzluq avtomobilinin mühərrik qammasına 360 a.g.-dək gücü olan benzin mühərriklər daxil ediləcək. Həmçinin bir neçə dizel aqreqatın da olacağı gözlənilir. Onların ən güclüsü isə 6-silindrli, 313 a.g. verəcək mühərrik olacaq. Bir qədər sonra isə təkmilləşdirilmiş 4,0-litrlik benzin V8 Biturbo meydana gələcək. Bu aqreqat 470 –dən 600 a.g.-dək gücə malik ola bilər. Yeniliyin şəkilləri sınaqlar zamanı bir neçə dəfə foto casuslar tərəfindən çəkilib. Avtomobil tanınan dizayn alacaq və təqribən 400 kq yüngülləşəcək. Yenilik, həmçinin aerodinamik asılqan alacaq ki, o, qarşı müqaviməy əmsalını azaldacaq.






Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır












