“Mercedes”i insan kütləsinin üzərinə sürdü: azı 6 yaralı – ANBAAN VİDEO
Avtoxəbər
19 İyun 2023 10:07
Oxunub 794

“Mercedes” sürücüsü avtomobili insan kütləsinin üzərinə sürüb. Avtosfer.az xəbər verir ki, hadisə Xorvatiyanın Zaqreb şəhərində yerləşən ticarət mərkəzlərinin birinin avtodayanacağında baş verib. Bu barədə “24sata” telekanalı məlumat yayıb. Hadisə şahidləri bununla bağlı görüntüləri sosial şəbəkələrdə yayımlayıb.
Bildirilir ki, nəticədə azı 6 nəfər xəsarət alıb, bir nəfər şəxs isə avtomobilin altında sıxışaraq qalıb. Bundan əlavə daha 2 maşına ziyan dəyib.
Zərərçəkəni xilasedicilər qurtarıb. Sürücü polis tərəfində saxlanılıb və araşdırma aparılır.
Namiq
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













