"Mercedes"lər satışa çıxarılacaq - FOTO

2017-ci ilin yanvarında Detroyt avtosalonunda yeni Mercedes-Benz E-Class kupesinin dünya premyerası baş tutacaq. Avtosfer.az lent.az-a istinadən xəbər verir ki, kupenin qabarit uzunluğunu 4826 mm, eni isə 1860 mm, hündürlüyü isə 1430 mm təşkil edir. Təkər bazasının ölçüsü 2873 mm-dir. Avtomobilin eksteryeri E-Class yeni nəsil sedanının stilistikası əsasındadır, interyer isə sedandan götürülüb. Top variantlar üçün 2 ədəd 12,3 düymlük displey təqdim edilir. Onlardan biri rəqəmsal alət panelidir, digəri isə məlumat-əyləncə kompleksi ekranıdır.
Təqdim olunan təchiazat siyahısına 210 km/saat sürətə qədər çalışan adaptiv kruiz kontrol, smartfonla məsafədən idarə imkanı ilə avtomatik parkinq sistemi, eləcə də 84 LED-elementlərlə Multibeam baş işıq "ağıllı" fənərləri daxildir. 184 (E200 versiyası), 254 (E300) at gücü ilə ikilitrlik benzin "turbo-dördlüyü", eləcə də, ikilitrlik 194 at güclü dizel mühərriki təqdim edilir. Bundan əlavə, yenilik üçlitrlik 333 at güclü (E400 4 Matic) V6 tvin-turbo aqreqatı təklif ediləcək.
Yeni avtomobilin Avropa və Şimali Amerika satışları 2017-ci ilin yayında start götürəcək.






Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












