Mesenat Fərhad Əhmədov dünya çempionuna “Porshce” hədiyyə etdi - FOTO

Kikboks üzrə dünya çempionu, “Mauqli” ləqəbli dünya şöhrətli həmyerlimiz Zabit Səmədova bu yaxınlarda çox dəyərli hədiyyə verilib. Avtosfer.az saytı xəbər verir ki, bu barədə “Porshce Center”in məlumatında bildirilir.
Saytın əldə etdiyi məlumata görə, məşhur idmançı bu hədiyyəni Rusiyada yaşayan Azərbaycan əsilli milyarder-mesenat Fərhad Əhmədovdan alıb. Fərhad Əhmədov Zabit Səmədovu idman sahəsində qazandığı nailiyyətlər, Azərbaycanı dünyanın idman arenalarında və mötəbər yarışlarda layiqincə təmsil etməsi, habelə sonuncu birincilikdə dünya çempionu titulu qazanması münasibətilə təbrik edib və ona qiymətli hədiyyə – dəyəri 150.000 ABŞ dolları olan “Porshce Cayenne GTS” markalı avtomobil bağışlayıb.
Qeyd edək ki, Fərhad Əhmədov xaricdə yaşayan azərbaycanlı oliqarxlar və iş adamları arasında Azərbaycan mədəniyyətinə, incəsənətinə və idmanına xüsusi diqqəti və bu sahədə uğur qazanan şəxslərə təmənnasız qayğı göstərməsi ilə seçilir.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













