Məşhur avtomobil şirkəti bağlanır

Yaponiyanın "Mitsubishi Motors" şirkətinin Direktorlar Şurası səhmlərinin 34%-ni 200 milyard yenə (1,8 milyard ABŞ dollarından artıq qiymətə) "Nissan Motor" korporasiyasına satmaqla faktiki olaraq, onların nəzarəti altına keçməyə qərar verib.
Avtosfer.az report-a istinadən bildirir ki, bu barədə məlumatlı mənbələrinə istinadən NHK telekanalı məlumat verib.
"Nissan Motor"un Direktorlar Şurasının da bu qərarı təsdiq edəcəyi gözlənilir.
Sənədlərin imzalanmasından sonra korporasiya "Mitsubishi Motors"un əsas səhmdarı olacaq və faktiki olaraq onu öz şirkətlər qrupuna daxil edəcək. Şirkətlərin dərhal əməkdaşlığı genişləndirəcəyi güman edilir.
Bu barədə xəbər yayıldıqdan sonra bu gün Tokio Fond Birjasında "Mitsubishi Motors"un səhmlərinə yüksək tələbat yaranıb.
Qeyd edək ki, "Mitsubishi Motors"un bu sövdələşmədən sonra "Nissan Motor" və "Renault" (Fransa) ittifaqına qoşulacağı gözlənilir. "Üçlük" ötən il birlikdə 9,5 milyondan çox avtomobil satışı həyəta keçirib ki, bu da dünya avtomobilqayırmasının lideri "Toyota Motor"un göstəricisinə yaxındır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












