Məşhur ekspertdən "avtoş"larla bağlı maraqlı təklif - Görək nə edirlər

Yol hərəkəti üzrə məşhur ekspert Ərşad Hüseynov avtomobil həvəskarları ilə bağlı maraqlı təklif səsləndirib. O, Avtosfer.az-a bildirib ki, Bakıda keçirilən Formula 1 yarışı üçün hazırlanan yollarda yarış başa çatdıqdan sonra bizim sürücülərin də öz bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaq olar: "Ölkəmizdə, xüsusən Bakıda avtoxuliqanlıq məsələsini müzakirə edəndə həmişə fikir səslənib ki, sürmək istəyənlər üçün məkan yoxdur, ona görə də onlar öz adrenalinlərini şəhər küçələrində almaq istəyirlər...
Deyirəm, bəlkə bu Formula 1 trekinindən həmin "avtoş"ların azarını öldürmək üçün istifadə edək? Yarışlar başa çatandan dərhal sonra heç nəyə toxunmayaq. Həmin treki 3-4 günlüyə verək onların ixtiyarına, öz risklərinə və öz avtomobilləri ilə görək nə edə bilirlər".
Qeyd edək ki, Ərşad Hüseynovun bu təklifi sosial şəbəkədə maraqla qarşılanıb və əksəriyyət tərəfindən dəstəklənib.
Elmin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













