Mexaniki avtomobil alsaz, bu xərclərdən azad olacaqsız

Mexaniki idarə olunan avtomobillərin sayı getdikcə azalır. Bunun səbəbi isə bəllidir: üç pedallı avtomobili idarə etmək yeni nəsil sürücülərə daha çətin gəlir. Amma mexaniki idarə olunma sistemini peşəkarcasına öyrənəndən sonra avtomatik idarəolunma da bəzi insanlara sadə görünür.
Avtosfer.az mexaniki idarə olunan maşınların üstünlüyünü diqqətinizə çatdırır:
1. Əvvəla mexaniki ötürücülü maşınlar daha ucuz olur.
2. Mexaniki ötürücü daha etibarlıdır. Xarab olduqda onu münasib qiymətə başqası ilə əvəzləmək mümkündür.
3. Mexanika yanacağa qənaət edir. Qaz pedalından düzgün istifadə etdikdə litrlərlə yanacağa qənaət etmiş olacaqsız. Hətta naşı sürücü belə avtomat ötürücü ilə müqayisədə 10-15% qənaət edir.
4. Mexaniki ötürücü əyləci qoruyur. Bu da o deməkdir ki, əyləc pedalını və diskini tez-tez dəyişməyə gərək qalmayacaq ki, bu da bir qənaətdir.
5. Mexaniki ötürücü həmişə işlək vəziyyətdə olur. Hətta çökmüş akkumlyatorda belə mexanikanı işlətmək olur – maşını hərəkətə gətirir, avtomatda isə bu, mümkün deyil. Yaxud mexanik maşını buksirə qoşmaq olur, avtomatı isə olmur.(publika.az)
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












