Milyarderin oğlu "Galendewagen aldı, iki gün sonra aşırdı - FOTO

Rusiyanın Sankt-Peterburq şəhərində milyarder Yevgeni Priqojinin 18 yaşlı oğlu Pavel yeni aldığı "Mercedes-Benz Galendewagen" avtomobilini cəmi iki gün sonra qəzaya salıb. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, qəza dekabrın 18-də baş verib. "Galendewagen" iki küçənin kəsişməsində BMW markalı avtomobillə toqquşub və yanı üstə aşıb. Qəza nəticəsində milyarderin oğlu yaralanıb, hazırda xəstəxanadadır.
Məlumata görə, biznesmenin oğlu avtomobili hadisədən cəmi iki gün əvvəl salondan sıfır kilometr yürüşlə alıbmış. Polis bildirir ki, hər iki avtomobil yüksək sürətlə hərəkət edirmiş. Biznesmen Yevgeni Priqojin rubl milyarderidir, sərvəti 6.4 milyard rubl, təxminən 100 milyon dollardır. Onun aktivləri arasında ictimai iaşə xidmətləri göstərən "Konkord" şirkəti, mağazalar, butiklər, restoranlar var.

Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












