Minik, yoxsa yük avtomobili? - VİDEO

Şəmkirdə sürücü minik avtomobilini yük maşını kimi istifadə edir.
Bununla bağlı kadrlar Şəmkir rayonu “Dörd yol” adlanan ərazidə çəkilib.
Digər sürücülərdən biri həmin anları çəkərək ''Xəzər Xəbər''in vatsap nömrəsinə göndərib.
Görüntülərdən də aydın olur ki, ''VAZ-2106'' markalı avtomobilin sürücüsü avtomobilə normadan artıq yük yığıb.
Sürücü təxminən 2-3 metrə qədər yuxarı qaldırdığı təhlükəli yükü isə iplə bir neçə yerdən bağlayıb. O, öz həyatı ilə yanaşı digər hərəkət iştrakçıları üçün də ciddi təhlükə yaradıb. Küləkli havada həmin yük - dəmir parçaları hər an yola səpələnə bilər. Bu da yolda faciəvi qəzalara səbəb olar.
Görüntüyə münasibət bildirən yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib ki, sürücü yükdaşıma qaydalarını kobud şəkildə pozub.
Ekspert bildirib ki, İnzibati Xətalar Məcəlləsində bu pozuntuya görə 40 manat cərimə nəzərdə tutulur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bilidirildi ki, həmin avtomobilin sürücüsü aşkar edilib və barəsində qanunamüvafiq tədbirlər həyata keçirilib.
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır











