Banner

Möhtəşəm "Mercedes-Benz" S-Class-ın yeni modeli Bakıda - FOTO - VİDEO

Avtoxəbər 12 Fevral 2021 09:00 Oxunub 6774
Möhtəşəm "Mercedes-Benz" S-Class-ın yeni modeli Bakıda - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Abşeron Avtomobil Mərkəzi yeni Mercedes-Benz S-Class (S500 V223) modelini alıcıların ixtiyarına buraxıb. Avtosfer.az komandası Abşeron Avtomobil Mərkəzinin mütəxəssisi ilə yeni model avtomobillə yaxından tanış olaraq test  sürüşünü həyata keçiriblər. Belə ki, "Mercedes" markası həmişə olduğu kimi sürücü və sərnişinlərin rahatlığı ilə yanaşı onların təhlükəsizliyini də ön planda saxlayıb. Test zamanı avtomobildə olan təhlükəsizlik elementləri sınaqdan keçirilib.

Qeyd edək ki, təqdim edilən bu model 9 pilləli avtomatik transmissiyalıdır. Avtomobil 100 km/saat sürəti 4,9 saniyəyə yığır, maksimal sürəti isə 250 km/saatdır. 2.999 kub.sm mühərrik həcmi olan bu model 455 at gücünə malikdir. 
S 500 4 MATIC Sedan Long modelinin baza qiyməti 235 min manatdan başlayır.

Ətraflı videomaterialda tanış ola bilərsiniz.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh