Reklam

“Monza” - Hər bir avtomobilin dostu - FOTOLAR

Avtoxəbər 9 Oktyabr 2017 14:09 Oxunub 2692
“Monza” - Hər bir avtomobilin dostu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ustalar "Monza" yağlarını seçməyin ən vacib elementlərini açıqladı

“Monza”  yağlarının Azərbaycanda rəsmi distributoru “Gomas Auto” mağzalar şəbəkəsinin yağ və avtomobil mütəxəssisləri avtomobilsevərlərə yeni məsləhətlər veriblər. Artıq bir ilə yaxındır ki, onlar hər səhər radio dalğaları vasitəsilə avtomobillərə qonaq olur, dinləyicilərin istər yağ, istərsə digər problemlərlə bağlı suallarına cavab verir, kömək edirlər.

Avtosfer.az hər səhər “Space radio”da yayımlanan “Avto time” verilişinin yağ və avtomobil üzrə mütəxəssisləri Asiman Usta və Nuru Usta ilə müsahibəni təqdim edir.

Onlarla söhbəti iş yerlərində, Babək prospektindəki “ QOMAS AUTO” mağazalar şəbəkəsinin mağazası və elə mağazaya bitişik “Monza servis”-də edirik. Görək ustalarımız həm qarşıdan gələn qışla bağlı, həm də digər problemlərlə bağlı sürücülərimizə hansı məsləhətləri verirlər.

- Asiman bəy, radio verilişi açmaq ideyası hardan ağlınıza gəldi? Məqsəd nə idi, sırf reklam üçün düşündünüz?

- Gəlin səmimi danışaq. Hansı ki, bəzən bizi radio efirində, çox səmimi olduğumuza görə qınayanlar da olur, amma biz hər zaman səmimi olmağa üstünlük vermişik. Əlbəttə ki, işin içində reklam tərəfi də var. Daha dəqiq desək, “Monza” yağlarını istifadəçilərə tanıtmaq istəyirdik. Amma digər səbəb də var idi. Biz illərdir ki, bu sahədəyik. Öz yağ brendimizi gətirməmişdən əvvəl də, istənilən müştəriyə yağ haqda məlumat verməyi, onun avtomobilinə hansı yağ növünün uyğun olduğunu deməyi özümüzə borc bilmişik. Bəzən, sizi inandırım ki, hər müştəriyə yarım saat vaxt ayırmalı,  yağ haqqında məlumat verməli olurduq. Bunu özümüzə borc saysaq da, yorucu proses idi. Və bir gün oturub çıxış yolu axtaranda qərar verdik ki, radio veriliş açaq. Hər kəsə ayrı- ayrı dediyimizi həm ümumi demiş olarıq və beləcə daha çox insana xeyir vermiş, sürücüləri marrifləndirmiş olarıq, həm də “Gomas auto” olaraq, Azərbaycanda rəsmi düstribütoru olduğumuz “Monza” yağları haqqında məlumat vermiş, yağımızı tanıtmış olarıq.

Bu yerdə Nuru usta müdaxilə edir

- Düzü eyni büdcə ilə reklam çarxları, tanıdıcı roliklər filan da etmək olardı, lakin rəhbərlik veriliş variantının üzərində dayandı. Çünki söhbət həm də maarifləndirməkdən, sürücülərə istiqamət verməkdən gedir.

-  Nuru usta, avtomobil sahibləri ən çox nə ilə bağlı müraciət edirlər? Və verilən cavablar onları razı salırmı?

- Düzü, hesabatını aparmamışam. İnanmıram ki, konkret bir məsələ ilə bağlı zəng daha çox olsun. Nə qədər avtomobil rəngarəngliyi varsa, hər maşının nə qədər fərqli problemləri varsa, o qədər də suallar var. Gücümüz çatan qədər bütün sualları da cavablandırmağa çalışırıq. Ən düzü isə budur ki, bilmədiyimiz məsələ olarsa səmimi etiraf edib, dinləyicini həmin məsələ üzrə mütəxəssiə yönləndiririk.

- Telefonda avtomobilin dərdi haqda məlumat almaqla, problemin kökünü bilmək və kömək etmək nə qədər mümkündür. Və ümumiyyətlə düzgündürmü?

Asiman bəy sualımızı cavablandırır:

- Gəlin sondan başlayaq, soruşursunuz ki, düzgündürmü? Biz bu sahədə nə birinci, nə də sonuncu verilişik. Həm ölkəmizdə, həm də bütün dünyada bu tipli verilişlər var. Demək ki, səhv yolda deyilik.

Nuru usta davam edir:

- Bir məsələ var ki, necə ki, biz digər hansısa sahə haqqında məlumatsız ola bilərik, eləcə də avtomobil sahibləri öz avtomobili haqda hər şeyi bilməyə borclu deyil. O zaman aydındır ki, avtomobillə bağlı bütün problemlər, hardan qaynaqlandığını bilmədiyi üçün, avtomobil sahibini narahat edəcək. Amma hamının da hər dəqiqə servisə getməyə, maşına baxdırmağa həm vaxt həm də maddi imkanı çatmaz. O zaman zəng edən adama, əgər problem adi bir şeydən qaynaqlanırsa, narahatçılığa əsas olmadığını deməklə, adamı nigarançılıqdan qurtarmaq olar. Daha sonra adam vaxtı və imkanı olanda istədiyi servisə yaxınlaşaraq maşınını düzəltdirə bilər. Nəticə etbarı ilə, heç bir avtomobil telefonda verilən suala 100 faiz doğru cavab verilsə belə düzəlmir, ama nigarançılıq aradan götürülür və məsləhət verilir. Və ya problem çox ciddidirsə biz maşının sürülmədən, evakuatorla servisə aparılmalı olduğunu deyirik ki, əks halda xoşagəlməz nəticələr yaranmasın.

- Asiman bəy, siz radioadan yağla bağlı suallara əsasən Monza yağlarının istifadə olunmasını məsləhət görürsünüz. Bir neçə cümlə ilə deyə bilərsinizmi, müştəri niyə məhz Monza yağını seçsin? Üstünlükləri nələrdir?

- Əvvəla deyim ki, biz heç vaxt "ancaq "Monza" yağını istifadə et", deyə göstəriş vermirik. Bizim verilişimizi dinləsəniz, görərsiniz ki, bizə elə yerlərdən zəng gəlir ki, həmin regionda hələ ki, heç Monzanın satışı yoxdur. Yəni biz, sual verən şəxsə cavab olaraq “sən dur gəl rayondan Bakıya, biz sənə Monza verək” –demirik axı. Biz ona yağ haqda, onun avtomobilinə istehsalçı tərəfindən tələb edilən yağ sinfi haqqında ümumi məlumat və məsləhətlərimizi veririk və deyirik ki, bu yağ tələb olunur sənin avtomobilinə. İndi gələk digər məsələyə, müştəri niyə Monzanı seçsin. Təsəvvür edin ki, sizin hansısa bir tanışınız dostunuz Almaniyaya gedir, siz də ondan xahiş edirsiniz ki, sizin avtomobiliniz üçün Almaniyadan, əsl Alman markası olan bir yağ alsın gətirsin. Bunu bir nəfər xahiş edə bilər, ama hər kəsin bu imkanı yoxdur. Biz bir növ o funksiyanı öz üzərimizə götürmüşük. Biraz obrazlı desək, biz bütün azərbaycanlı avtomobil sahiblərinin Almaniyaya gedən dostu, tanışı, qohumuyuq. Monza yağını da məhz o cür düşünərək gətiririk- Almaniyadan dosta, tanışa , qohuma gətirilən əsl Alman markası. Məz bunun üçün Monza !

- Nuru usta, ümumilikdə Monza servisdə avtomobillərə hansı xidmətlər göstərilir?

- Xatırladım ki, bizim özümüzə aid olan iki Monza servis fəaliyyət göstərir. İndi olduğumuz, Babəkdəki servisdən başqa , Nərimanovdakı da servisimiz var ki, bur servislərdə də avtomobillər üçün lazım olan bütün texniki xidmətləri göstəririk. Belə deyim ki, mühərrik yığılması və ötürücü qutularının yığılmasından başqa bütün işlər yüksək səviyyədə görülür. Çilingərlərimiz, elektriklərimiz və digər bütün sahələrdə çalışan ustalarımız avtomobillərin qulluğundadır.

- Nuru usta, servisinizdə hazırda sürücülərimiz üçün hər hansı kampaniya və ya endirim varmı? Varsa, hansı xidmətlər və nələr daxildir?

- Bəli, neçə vaxtdır ki, bizim servisdə “Gəlmək sizdən, havayı xidmət bizdən!” şüarı ilə, “Pulsuz yağdəyişmə və 15-dən çox xidmət”  kampaniyası keçirilir. Sürücülərimiz Monza servisə yaxınlaşaraq avtomobilinin mühərrik yağını pulsuz, usta haqqı olmadan, dəyişdirə bilərlər. O cümlədən yağ mütəxəssislərimiz tərəfindən sizin avtomobiliniz üçün :

- Mühərrik yağının təyin edilməsi.

-Sürətlər qutusu yağının  təyini və yoxlanması

- Əyləc mayesinin təyini və yoxlanması

 -Əyləc qəliblərinə baxış

 - Aynalara (opornu disk) baxış, hər hansı bir deformasiya varsa təyin edilməsi

- Rulavoy kalonka yağının təyini və yoxlanması

- Soyuducu mayenin təyini, xüsusi aparat vasitəsi ilə baxış keçirilməsi.

-Yağla işləyən hissələrin dioqnostikası.

-Arxa körpünün, qabaq və orta diferensialın yoxlanması

- Peredok hissəsinin dioqnostikası, nasazlığın (varsa) təyini

- Avtomobildə olan yağ azalmasının səbəbinin təyini və aradan qaldırılması üçün məsləhət verilməsi  xidmətləri tam pulsuz həyata keçirilir. İstəyə uyğun olaraq məlumatlar yazılı şəkildə təqdim edilə bilər.     

- Narazı qalan müşətirlər olurmu? Əsas narazılıq nə ilə bağlıdır?

- Sürücülərin narazılığı var, amma bizdən narazılıq olduğu yadıma gəlmir. Çox səmimi deyirəm. Hə, bəzən sürücüləri başqa usta və ya servislərə yönləndirəndə, deyəndə ki, bizdə bu iş görülmür, narazı qalırlar. Bununçün də çalışırıq ki, bu narazılıqları aradan qaldırmaq üçün servisimizə bütün problemləri həll edəcək usta heyəti avadanlıq və aparatlarla təmin edək. Başqa heç bir narazılıq yoxdur və ola bilməz.

- Radio verilişlə, dinləyicilərlə bağlı ən çox yadda qalan, maraqlı hansı hadisə olub?

- Çox olub maraqlı yadda qalan hadisələr. Ən yaddaqalanı budur ki, bir dəfə aparıcımız hansısa səbəbdən gəlib çıxmamışdı, biz də bütün heyətlə orda idik. Verilişin saatı keçirdi, ama aparıcı yox idi. Onda biz özümüz radio aparaturanı işə salıb, verilişimizi efirə verdik. Daha sonra özünü yetirən radionun əməkdaşlarından biri, gülərək dedi ki” bəlkə də dünyada ilk hal idi ki, maşın ustaları həm aparatı işlətdi, həm aparıcılıq, dj-lik elədi, həm də suallara cavab verdi.

- Qarşıdan gələn qış fəsli ilə əlaqədar, həm də elə ümumiyyətlə sürücülərimizə hansı məsləhətləriniz var? Onlara nə demək istəyərdiniz?

- Qışla bağlı ümumi məsələləri qeyd edək. Təbii ki, qış gəlirsə birinci soyutma sisteminə,  antifirizlərə baxış keçirilməli, lazım gələrsə yenilənməlidir. O cümlədən təkərlər, əgər yay təkəridirsə, qış təkəri ilə əvəz edilməlidir. Dizellə işləyən avtomobillərdə şamlara baxılmalı,lazım gələrsə şamlar yeniləri ilə əvəz edilməlidir. O cümlədən termostatlara da baxış aparılmalıdır. Ən azından bunlar edilsə, avtomobili qış üçün hazır saymaq olar. Unutmayaq ki,xata-bəladan uzaq olmaq, həm də bizim öz əlimizdədir.
Sonda, gözəl və səmimi söhbət üçün, sürücülərə verdikləri məsləhətlər üçün,  apardıqları maarifləndirmə işi üçün ustalarımıza təşəkkür edib ayrıldıq.

- Doğrudan da, bütün sahələrdə bilikli, savadlı adamların olması bütün cəmiyyət üçün xeyirdir.  Bu maarifləndirmə işini apardığınız üçün, sağ olun, Asiman müəllim, Nuru usta!

- Sağ olun. Biz sizə təşəkkür edirik ki, işlərimizi və bizi dəyərləndirirsiniz.








ŞƏRH YAZ
Ad

E-mail

Şərh