Morgan şirkəti Plus 8 rodsterinin xüsusi seriyasını hazırlayıb – FOTO

Britaniyanın Morgan firması Plus 8 modelinin 50 illik yubileyinə rodsterin xüsusi seriyasını həsr edib. 50 nüsxədə buraxılacaq avtomobilin kütləvi təqdimat mərasimi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda keçiriləcək. Morgan Plus 8 rodsterinin əsasını alüminium şassi təşkil edir. Avtomobil 372 at qüvvəsi və 490 Nm fırlanma anı hasil edən 4,8-litrlik səkkiz silindrli mühərrik ilə hərəkətə gəlir. Bu güc aqreqatı BMW şirkəti tərəfindən istehsal edilən son atmosfer mühərrikidir. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. 1100 kilqoram çəkiyə malik olan rodster 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti 249 km/saatdır. Tizerləri dərc edilən rodster göy rəngi və sarı haşiyələri olan kuzova malikdir. Bu rənglər ilk seriya Plus 8 modelini təmsil edir.
Morgan Plus 8 prototipi ilk dəfə 1968-ci ildə Britaniya beynəlxalq sərgisində təqdim edilib. (autograph.az)
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur














