"Moyka"larda maşınlara belə ziyan vurulur - VİDEO

Avtoyuma məntəqələrinin maşınlara vurduğu ziyanla bağlı bir neçə dəfə süjet təqdim etmişik. Növbəti belə bir ziyanı isə ustalardan biri aşkar edib. Usta iddia edir ki, avtoyuma məntəqələrinin işçiləri müştərini tez yola salmaqdan ötrü avtomobili təzyiqli su ilə yuyurlar. Belə olduqda həm avtomobilin rənginə, həm də alt hissəsindəki bəzi detallara ziyan dəyir. Avtosfer.az xəbər verir ki, son günlər sosial şəbəkələrdə yayılan belə görüntülər geniş müzakirələrə səbəb olub. Ustanın iddiasına görə, avtomobilin altındakı bu zədələri avtoyuma məntəqəsinin işçiləri edib. Daha doğrusu, yüksək təzyiqli su avtomobili bu hala salıb. Əslində, avtoyuma məntəqələrində bir çox maşın bu vəziyyətə düşür.
Usta Sahil Ağabəyovun sözlərinə görə, normadan artıq təzyiqli su, avtomobilin əyləc borularına, hətta amartizatora belə zərər vurur. Bu da avtomobilin sürətli hərəkəti zamanı ağır hadisələrə yol aça bilər. Avtomobili zədələnən sürücülər isə bundan ustanın yanında xəbər tutdular. Avtomobillərdən birinin rənginə, digərinin isə alt hissəsinə xeyli ziyan dəyib.
Avtoyuma məntəqəsində işləyənlər də bu faktı təsdiqləyirlər. Onlar əsasən bu cür xoşagəlməz halların təcrübəsiz işçilər tərəfindən edildiyini deyirlər. Mütəxəssislərin sözlərinə görə, avtoyuma məntəqələrində suvuran aparatın təzyiqi 200-210 yox, 130-150 bar arasında tənzimləməlidirlər. Belə olduqda heç bir avtomobilə ziyan dəyməz.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












