MTN-dəki “işgəncələr kralı”nın "Galendevagen''i yararsız hala salındı

Hazırda həbsdə olan ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Sahib Ələkbərova məxsus “Mersedes Galenvagen” paytaxt küçələrinin birində yararsız hala salınıb. Sahib Ələkbərova məxsus avtomobili həbsindən sonra oğlu idarə edirmiş. Avtomobili küçədə park edən MTN polkovnikinin oğlu qayıdanda maşının üzərinə müxtəlif boyalar atıldığını görüb. Olaydan şok yaşayan polkovnik oğlu həmçinin, avtomobilin qapı və qarşı örtüyünün də kəsici alətlə zədələndiyini görüb. Ehtimallara görə, bu Sahib Ələkbərovun vaxtilə, qanunsuzluqlar etdiyi şəxslərin qisası olub.
Maraqlıdır ki, Sahib Ələkbərovun oğlu hadisənin polis tərəfindən araşdırılmasında maraqlı olmayıb. Qeyd edək ki, Sahib Ələkbərov hələ Eldar Mahmudov “vurulmazdan” 7 ay əvvəl həbs edlmişdi. Sonradan MTN rəhbərliyinin səyi nəticəsində onu ev dustaqlığına buraxsallar da MTN dağılandan sonra barəsindəki ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz olundu. Əslən Tovuz rayonundan olan Sahib Ələkbərov MTN-də “işgəncələr kralı” kimi tanınıb. (gununsesi.info)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












