Müasir mühərriklərin uzunömürlü olmamasının SƏBƏBİ

80-90-cı illərin avtomobillərində mühərrikin 500 min, hətta düzgün qulluq zamanı 1 milyon kilometr qət etməsi qeyri-adi qarşılanmır. İndi isə vəziyyət fərqlidir.
Avtosfer.az xəbər verir ki, müasir mühərriklərin çoxu 250 min kilometr limitini keçə bilmir. Çoxları bunun səbəbini naşı texniki xidmətdə görür. Lakin bu, yeganə səbəb deyil.
Əsas məsələ budur ki, konstruksiyanı yüngülləşdirmək xatirinə mühərrikdə tətbiq edilən materiallar radikal dərəcədə dəyişib.
Çuqun əvəzinə alüminium blok tətbiq edilir, detallar arasında araboşluqlar azaldılır, silindr divarları nazikləşir, porşenlər gödəlir.
Belə olduğu halda güc və sürət artır, yanacaq sərfiyatı azalır. Alüminium blok qızmaya az davamlıdır. Kompressor isə mühərrikin daim yüklü rejimdə işləməsinə səbəb olur. Paralel olaraq möhkəmlik də aşağı düşür.
Buna görə də, belə mühərrikləri ciddi aşınma olduğu halda təmir etmək mənasızdır. Ən yaxşısı onu yenisi ilə əvəzləməkdir.
Vüqar
"Bu maşınların qiyməti cüzi arta bilər" - Hörmüz böhranının Azərbaycana təsirləri
Avtomobil nömrəsini itirən sürücü nə etməlidir?
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO
30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO
“Zeekr” özbəkləri belə ziyana salır
Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Elektromobil polisin işinə yaramadı
12 000 manata təzə elektromobil
“Opel” və “Fiat” Çin platformasında istehsal edilə bilər










