Banner

Müharibədə bu avtomobillər Orduya təqdim olunmalıdır - SİYAHI

Avtoxəbər 20 Avqust 2014 02:12 Oxunub 5915
Müharibədə bu avtomobillər Orduya təqdim olunmalıdır - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşdan alınan hər bir nəqliyyat vasitəsinə görə dövlət tərəfindən kompensasiya ödəniləcək

«Müharibə şəraitində bəzi avtomobillər Orduya təqdim olunmalıdır. Həmin avtomobillər mülki şəxslərdə olur, onlar dinc şəraitdə bu tip maşınları alıb idarə edirlər. Lakin elə markalar var ki, onlar aktiv döyüş əməliyyatlarında Ordu üçün vacibdir və mülki şəxslər də bu nəqliyyat vasitələrini Orduya təqdim etməyə borcludurlar». Bunu APA TV-də yayımlanan «Qoşa xətt» verilişində yol hərəkəti üzrə eksrert, hüquqşünas Ərşad Hüseynov bildirib. Onun sözlərinə, həmin nəqliyyat vasitələri sırasına tam ötürücülü minik maşınları, «UAZ», «URAL», «Zil-131», tırtıllı traktorlar, qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, təcili tibbi yardım maşınları və digər kateqoriyadan olan nəqliyyat vasitələrinin Orduya təqdim olunması qanunla tənzimlənir. Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, vətəndaşdan alınan hər bir nəqliyyat vasitəsinə görə dövlət tərəfindən kompensasiya ödəniləcək: «Əgər həmin nəqliyyat vasitəsi bir neçə ay Orduda istifadə olunub qaytarılacaqsa, şəmin müddətin pulu ödənilir. Amma nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir».

Ərşad Hüseynov bildirib ki, həmin nəqliyyat vasitələrini əldə edən sürücüləri Dövlət Yol Polisi İdarəsində qeydiyyatdan keçərkən yol polisi bu barədə dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məlumat verir. Beləliklə, həmin avtomobillər Dövlət Xidmətində də qeydiyyata alınmış olur. Müharibə başladıqda isə Xidmətin əməkdaşları bu avtomobilləri Orduya çağırırlar. Bu zaman avtomobil sahibi öz istəyi ilə Orduya gedib öz maşını ilə xidmət edə bilər. Və ya, sadəcə olaraq, avtomobili təqdim edib borcunu yerinə yetirmiş olar.  

Bu cür nəqliyyat vasitələrinin Orduya təqdim olunduğu halda dəymiş ziyanın, avtomobilin sıradan çıxması nəticəsində sığorta xərcinin ödənilməsi ilə bağlı qanunvericilikdə boşluq olduğunu deyən hüquqşünas bildirib ki, bu məsələ qanunla da tənzimlənsə, Orduya təqdim olunan nəqliyyat vasitələrinə görə vətəndaşlara sığorta şirkətləri tərəfindən pul ödənilə bilər.

Hüquqşünas onu da əlavə edib ki, Qarabağ müharibəsi dövründə bu cür təcribələr çox olub. Bəzi vətəndaşlar hətta taksi fəaliyyəti ilə məşğul olsa da, gündəlik işini bir kənara qoyub əsgərlərə xidmət edirmiş: «O adam sadəcə öz borcunu yerinə yetirirdi. Bəlkə də, gün ərzində bir müştərisi olmurdu. Çünki bütün günü əsgərlərin yanında idi. Yemək, su, silah-sursat daşıyırdı. Belə insanlar çox olub. İnanıram ki, müharibə yenidən başlasa, yenə də insanlar öz borcunu yerinə yetirmiş olacaq. Amma qeyd etmək istəyirəm ki, bu gün Ordumuzun gücü artıb, sürücülər də çoxdur, nəqliyyat vasitələri də. Lakin bütün hallarda, qanunun tələbidir ki, bəzi nəqliyyat vasitələri ehtiyac yarandığı təqdirdə Ordunun ixtiyarına verilməlidir»

Keçmiş döyüşçü, ehtiyyatda olan mayor Tahir Kərimov isə bildirib ki, Qarabağ savaşında Kəlbəcər rayon Yol İstismarı İdarəsinin bütün şəxsi heyyəti, eləcə də bütün texnika onun tabeçiliyinə verilib: «Mən istehkamçıyam, o vaxt biz bu idarənin sayəsində çox işlər görə bildik. Həm yol çəkirdik, həm isteşkam qururduq, həm də səngər qazırdıq. Yəni, lazım olanda hər kəs Ordu üçün nəsə etməlidir. Bu gün çox şükürlər olsun ki, Ordumuzun təminatı yüksək səviyyədədir. Amma qanunda da yazılıb ki, ehtiyac yarandığı halda müxtəlif nəqliyyat vasitələri var ki, onları Orduya təqdim etmək lazımdır. O vaxt biz bəzən elə insanlarla rastlaşırdıq ki, maşını zorla alırdıq. Hansı ki, onun borcu idi maşını könüllü şəkildə bizə təqdim etsin. Çünki mənə tapşırıq verilib, mən şəxsi heyəti v əvə silah-sursatı təyin olunmuş yerə çatdırmalıyam və necə olursa-olsun əmr icra olunmalıdır. Yadımdadır, bir dəfə «URAL» markalı avtomobili sürücdən zorla almalı olduq. Amma baxın görün bu sürücü nə etdi? Maşının əyləc sistemində boltu çıxarmışdı və onun nəticəsində maşını sürmək mümkün olmadı. Nəticədə maşını döyüş bölgəsinə yedəkdə aparmalı olduq, orada ustalar təmir edəndə məlum oldu ki, əyləc sistemini qəsdən sıradan çıxarıblar ki, maşın yolda qalsın, döyüş bölgəsinə gedib çıxmasın. Belə insanlar da olub. Amma belələrinin qarşılığında yüzlərlə insan var idi ki, könüllü şəkildə öz maşını ilə Orduya xidmət edirdilər».

Taşir Kərimov maraqlı bir tarixi məqamı da diqqətə çatdırıb: «Alman ordusu Paris şəhərinə daxil olmaq üzrə olanda şəhər meri və ordu komandanlığı xəbər tutub ki, almanlar şəhərə girmədən şəhərin kənarına doğru hərəkət edirlər. Bu zaman fransız ordusu Paris şəhərinin müdafiəsində dayanıbmış. Ordunu şəhərin kənarına çatdırmaq qüvvə çatışmadığı üçün Paris şəhərinin meri şəhərdə xidmət göstərən 500 taksi sürücüsünü çağırıb göstəriş verir ki, ordunu şəhərin sağ və sol cinahlarına çatdırsınlar. Beləliklə, fransız ordusu alman ordusuna gözlənilmədən zərbə endirib onları həmin döyüşdə məğlub edə bilmişdi. Burada əlbəttə taksi sürücülərinin xidməti böyük idi. Bunu ona görə deyirəm ki, bizim sürücülər də tarixi həqiqətlərdən nümunə götürsünlər».

Ekspert Ərşad Hüseynov isə əlavə olaraq bildirib ki, döyüş şəraitində ehtiyac yarandığı təqdirdə təcili yardım stansiyaları maşınlarla birlikdə, eləcə də qaldırıcı kranlar, evakuatorlar, təmir sexləri də Ordunun ixtiyarına verilə bilər. Hətta, özəl klinikalardan da Ordunun ehtiyacını ödəmək mümkündür.

Xatırladaq ki, 16 fevral 2006-cı ildə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanunun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını imzalayıb. Qərarı təqdim edirik:

 

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrə və xüsusi birləşmələrə təqdim olunan hərbi-nəqliyyat vasitələrinin

 

SİYAHISI

 

I - AVTOMOBİLLƏR 

 

1.1.Yüksək keçidli minik avtomobilləri 

1.2.Yük avtomobilləri 

1.2.1.Bortlu 

1.2.2.Avtodartıcılar 

1.2.3.yəhərli avtodartıcılar yük platforması ilə 

1.2.4.Özüboşaldanlar 

1.3.Ümumqoşun təyinatlı xüsusi avtomobillər 

1.3.1.qərargah maşınları 

1.3.2.sanitar avtomobilləri 

1.3.3.sərnişin avtobusları 

1.3.4.texniki təminat vasitələri 

1.3.5.təkərli təxliyə dartıcıları 

1.4.Silah və texnikanın hərəkətedici vasitələri 

1.5.Yanğınsöndürən maşınlar 

 

II  - TIRTILLI DARTICILAR,

TRANSPORTYORLAR və

TRANSPORTYOR DARTICILARI 

 

2.1.Silah və texniki vasitələrin hərəkətedici tırtıllı maşınları 

 

III - TRAKTORLAR 

3.1.Tırtıllı 

3.2.Təkərli 

IV.QOŞQULAR 

4.1.Nəqliyyat 

4.2.Xüsusi qoşqular 

 

V - AVTOMOBİL TƏMİRİ EMALATXANALARI

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

miraj 10 Noyabr 2014 22:55
balaha cipleride yazsan super olardi
Ilgar 10 Noyabr 2014 22:55
Hemde Hammerler!Bundan basqa oz Istehsalimiz olan: Gurze, Matadve Maradourda var. Gence Avtomobil Zavodunda cur-becur avtomobillerde istehsal olunur.