Bu avtomobillərin idxalı ƏDV-dən azad edildi

Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.
Dəyişikliyə əsasən raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:
- İdxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
- İdxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
Müasir avtomobillərin təmiri baha başa gəlir – SƏBƏB
Vaxtında dəyişməsəniz mühərrik dağıla bilər: QRM-in gizli təhlükəsi
Bakının mərkəzi küçəsində sürücüləri çaşdıran zolaq - VİDEO
Hibrid avtomobillər daha çox yanacaq sərf edirmiş
Dövlət qurumu 32 avtomobilin servisinə 5,4 milyon manat ayırdı
Nə vaxt yay təkərlərinə keçmək lazımdır? - MÜTƏXƏSSİSLƏRİN TÖVSİYƏSİ
“Honda” yüz minlərlə avtomobilini geri çağırdı – Təkər yerindən çıxa bilər
Avtomobil eksperti təkərlərdəki uğultunun səbəblərini sadaladı
“Azərbaycan Avtomobil Evi” xarab maşın satdı – Müştəri məhkəmə ilə hədələnir
Elektromobil idxalında azalma: Bazar doyur, yoxsa yeni mərhələ başlayır?
Avtomobilin orta qiymətinin çox yüksək olduğu ölkələr – SƏBƏB










