Nadir "Ferrari" hərracda satışa çıxarılacaq - FOTO

"Gooding & Christie's" hərracında nadir "Ferrari 288 GTO" kupesinin satışından 6-7 milyon avro gəlir əldə ediləcəyi gözlənilir.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, bu modeldən cəmi 272 ədəd istehsal olunub və satışa çıxarılan avtomobil yaxşı qorunmuş vəziyyəti ilə seçilir.
Avtomobil 1984-cü ildə yığıldığı vaxtdan bəri cəmi 1 500 kilometrdən bir qədər artıq yol qət edib.
"288 GTO"nun konstruksiyasında borulu şassi alüminium, kevlar və şüşə lifindən hazırlanmış kuzovla birləşdirilib. Avtomobili hərəkətə gətirən isə 2.8 litrlik, 400 at gücündə V8 mühərrik və beşpilləli mexaniki ötürmələr qutusudur.
Avtomobilin qorunma səviyyəsini, məsələn, alt hissədə hələ də orijinal mum örtüyünün qalması və üzərində zavoddan çıxan təkərlərin saxlanılması təsdiqləyir.
Avtomobil alarkən bu üç yeri yoxlamaq lazımdır
Avtopilot rejimində sürücü sükanı buraxıb yata bilərmi? - BEYNƏLXALQ TƏCRÜBƏ
2025-ci ildə rekord sayda elektromobil satıldı
Çində avtomobil qiymətləri ucuzlaşdı
Satış mərkəzləri və qeyri-rəsmi idxalçılar AVTOMOBİLLƏRİ BAHALAŞDIRIB - Eelektromobillərə ...
Azərbaycanın avtomobil bazarında Çin bumu zəifləyir, ənənəvi markalar önə keçir – ARAŞDIRMA
Hibrid və elektrik mühərrikli avtomobillərin qiyməti 18 faiz artacaq - AÇIQLAMA
Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri açıqlandı
Aliment ödəməyənləri sürücülük hüququndan məhrum edəcəklər - 1 il müddətinə...
Qışda maşını yumaq lazımdırmı?
Avtomobilinizin rəngini dəyişmək istəyirsinizsə bu qədər pul ödəməlisiniz, əks halda...













