Banner

Narkoman sürücülərə qarşı amansız qanun: HƏBS + AĞIR CƏRİMƏ

Avtoxəbər 1 Avqust 2023 11:29 Oxunub 1264
Narkoman sürücülərə qarşı amansız qanun: HƏBS + AĞIR CƏRİMƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fransanın yeni Baş naziri Elizabet Born sözünü tutdu.

Avtosfer.az-ın xəbərinə görə, xanım baş nazir sürücülük vəsiqəsi üçün yaşın gələn ildən 17-yə salınması barədə qərar verib. 

Əsas məsələ isə başqadır. Xanım Born narkoman sürücülərlə bağlı çox sərt qanunu parlamentdən keçirərək qüvvəyə minməsinə nail olub.  Beləliklə, yeni qanuna görə, narkotikin təsiri altında qəza nəticəsində insan ölümü bundan sonra “ehtiyatsızlıqdan adam öldürmə” deyil, yeni “yol qəzasında adam öldürmə” maddəsi iklə tövsif olunacaq. 

Bu maddə ilə ittiham olunan şəxsi 10 ilədək həbs və 150 min avroyadək cərimə gözləyir. Üstəgəl, sürücülük vəsiqəsi avtomatik ləğv edilir.

Başqa bir cəza isə alkoqol və narkotikin təsiri altında idarəetmə ilə bağlıdır. Bu halda sürücünü 8 bal cəza gözləyir. 

Ekspertlərin fikrincə, 1 yanvar 2024-cü ildə qüvvəyə minəcək qanun digər ölkələr üçün də presedent olacaq.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh