Naviqator başqa, yol nişanı başqa rəqəm göstərir - Sürücülər hansına inansın? - VİDEO

Sürət həddini göstərən naviqator başqa rəqəm göstərir, yol kənarında olan nişan isə başqa. Ələt-Astara magistralının 117-ci km-nin Cəlilabaddan keçən hissəsində yol kənarında maksumum sürət həddinin 90 olduğu göstərilsə də, buradan keçən sürücülərin bəziləri bundan aşağı sürət həddində radara düşdüklərini deyirlər. Maraqlıdır ki, sözügedən ərazidə GPS naviqasiya avadanlıqları da sürücülərin dediklərini təsdiq edir. Maksimum sürət həddinin 90 bildirildiyi magistral ərazisində, naviqasiya cihazları sürətin maksimum 70 olduğunu göstərir. Beləliklə, yol nişanına baxıb sürət həddini seçən sürücülərin qarşısına “AyPatrul” polis maşını çıxdıqda avtomobillər avtomatik olaraq radara düşür.
Ərazidə xidmət aparan yol-patrul xidmətinin əməkdaşları isə deyilənlərlə razılaşmır. Onlar burada maksimum sürətin 90 olduğunu dedilər.
Ekspert Ərşad Hüseynov da bildirir ki, Azərbaycanda dövlət yol polisində və digər rəsmi qurumlarda naviqasiya xidməti yoxdur. Burada sürücü yol nişanına inanmalıdır.
Avtomıobillərin radara düşməsinə gəlincə isə ekspert deyir ki, sürücülərin harada sürət həddini aşması dəqiq bilinməlidir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












