Nazirlərin maşınları əllərindən alınır - 797 ədəd

Ermənistan hökuməti düşdüyü ağır iqtisadi vəziyyətdən çıxmaq üçün növbəti dəfə məhdudiyyət tətbiq edib. İndi də 797 ədəd xidməti maşını ixtisara salmaq barədə qərar verib. Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul edilib. Hökumət aparatının rəhbəri David Arutünyanın sözlərinə görə, bu qərar DİN və MN istisna olmaqla, bütün nazirlikləri əhatə edəcək. 107 maşın birbaşa dövlət orqanlarından, 690 maşın isə qeyri-kommersiya və kommersiya dövlət təşkilatlarından, o cümlədən dövlət fondundan geri alınacaq. Baş nazirin təklif etdiyi layihəyə görə, maşınlar şəxsi maraqlar üçün istifadə oluna bilməz. Məhz buna görə, Mərkəzi Nəzarət Xidməti maşınların öz təyinatı üzrə istifadəsini yoxlayacaq.
Qeyd edək ki, ağır iqtisadi böhran keçirən Ermənistanda büdcə xərcini azaltmaq üçün çoxsaylı məhdudiyyətlər tətbiq edilməkdədir. Ölkənin xarici borcu artıq ümumi daxili məhsulun 55 faizinə qədər qalxıb. Bu göstərici isə dövlət üçün defoltun astanası sayılır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












