Nazirliklərin və Milli Məclisin maşını hərraca çıxarıldı - "Nissan" 5 minə

İki nazirlik, Milli Məclis və Mərkəzi Seçki Komissiyası balansında olan avtomobilləri özəlləşdirməyə təqdim edib. Avtosfer.az xəbər verir ki, 30 yanvar tarixində keçiriləcək hərraca ümumilikdə 14 avtomobil təqdim edilib. Avtomobillərdən 7-sini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, 4-nü Maliyyə Nazirliyi, 2-sini Milli Məclis, 1-ni isə Mərkəzi Seçki Komissiyası təqdim edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hərraca çıxardığı avtomobillər ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsusdur. Hərracda ləğv edilmiş müəssisənin əsasən “Kamaz” və MAZ yük maşınları satılacaq. Hərracda ən yüksək qiymətə avtomobil Milli Məclisin İşlər İdarəsinə məxsusdur. Məclisin təqdim etdiyi “Nissan Maxima” avtomobili üçün ilkin start qiyməti 5000 manat müəyyən edilib. Ən aşağı qiymətə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin təqdim etdiyi “Moskviç İJ-2715” markalı avtomobildir. 1987-ci il buraxılışı olan avtomobil 250 maata satılır.

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur













