“NazLifan” istehsalı dayandırmayıb - Açıqlama

Ötən gün Naxçıvan Avtomobil Zavodunda istehsalın dayandırılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib. Avtosfer.az naxcivantv.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, “Naz Lifan” avtombillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır: “Belə ki, cari ilin ötən dövründə Naxçıvan Avtomobil Zavodunun istehsal sahəsində yenidənqurma işləri aparılıb, bu səbəbdən də istehsal prosesində planlaşdırılmış fasilə yaranmışdı. 2017-ci ilin birinci rübündə müəssisə tərəfindən “Naz Lifan 820” və “Naz Lifan 620” modellərinin satışı həyata keçirilib. Əgər zavodda 2010-cu ildə 4 modeldə avtomobil istehsal olunurdusa, hazırda 15 modeldə “NAZ-Lifan” avtomobili istehsal edilir. Müəssisə tərəfindən avtomobillərin xarici ölkələrə ixracının genişləndirilməsi istiqamətində də iş aparılır”.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












