"NazLifan"ın istehsalı dayanır

Altıncı aydır ki, Naxçıvan avtomobil zavodunda “NAZLifan” minik avtomobili yığılmır. Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsi (DSK) bu müəssisədə yeni avtomobilin konveyerdən çıxmasına dair son məlumatı ötən ilin oktyabrında verib. Zavod direktorunun müavini Polad Sadıqov “Azadlıq” radiosuna təzəliklə avtomobil yığılmasına başladıqlarını söyləsə də, Çindən neçə avtomobil üçün komplektləşdirici sifariş verildiyi barədə sualı cavablamaqda çətinlik çəkib və yazılı müraciət etməyi xahiş edib. Ötən il Naxçıvanda 270 avtomobil yığılıb, istehsal 62,8 faiz azalıb. “NAZLifan” avtomobillərinin 121 ədədi satılmamış qalıb. Əvvəlki illərdə bu avtomobillər, əsasən, Qarabağ savaşı əllillərinə verilib.
Gəncə avtomobil zavodunda da ilin əvvəlindən traktor və yük avtomobili buraxılmayıb. Qoşqu istehsalı isə hələ oktyabrdan dayandırılıb. DSK bu zavodda, hələlik, yalnız kommunal avtomobillərin yığıldığını bildirir. Zavodun özündə isə istehsal prosesinin dayanmadığında israr ediblər.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












