Nəqliyyat Nazirliyi yol polisinin səlahiyyətini ələ keçirdi – Yeni cərimələr olacaq

Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə qeyri-müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobusların sürücülərinin məsuliyyətini artıran dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, Məcəllənin 322-ci maddəsinə əlavə edilən yeni 322.0.9-cu maddəyə əsasən, qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə görə 40 manatdan 50 manatadək cərimə müəyyən edilir. Bu o deməkdir ki, müvafiq şəhərdaxili və ya şəhərlərarası marşrut üzrə müqaviləsi olmayan istənilən avtobus sürücüsü hər hansı marşrutun sxemi üzrə hərəkət edərək sərnişin daşıyarsa, buna görə qeyd olunan məbləğdə cəriməyə məruz qalacaq. Bu sanksiya qanunsuz sərnişin daşımalarına qarşı mübarizəyə yönəlib.
Məcəlləyə daxil edilən növbəti dəyişiklik isə zahirən birincinin davamı kimi görünsə də, əslində ona heç bir ehtiyac yoxdur. Belə ki, 322-ci maddəyə əlavə olunan yeni 322.0.10-cu maddə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsinə və düşürülməsinə görə 40 manatdan 50 manatadək cərimə müəyyən edir. Maraqlıdır ki, bu maddədə yenilik kimi qələmə verilən həmin xətaya görə məsuliyyət hazırda Məcəllədə mövcuddur. Belə ki, İXM-in hazırda qüvvədə olan 346.2-ci maddəsi ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə nəzərdə tutur. Bu xəta müvafiq marşrut sxemi üzrə hərəkət edən konkret avtobuslar istisna olmaqla, istənilən digər nəqliyyat vasitəsinin, o cümlədən qeyri-müntəzəm sərnişin daşınmasını həyata keçirən avtobusların da belə dayanacaq məntəqəsində dayanmasına görə məsuliyyəti müəyyən edir. Başqa sözlə, məsələn Bakının və ya Gəncənin hər hansı küçəsindəki dayanacaq məntəqəsi yalnız oradan keçən və orada dayanmalı olan konkret avtobusların (məsələn, 5, 12 və s. nömrəli marşrut avtobusunun) dayanaraq sərnişinləri düşürməsi və mindirməsi üçün nəzərdə tutulub. Digər hər hansı avtobus həmin dayanacaqda dayanarsa, onun sürücüsü də buna görə İXM-in 346.2-ci maddəsi üzrə 40 manat cərimə olunacaq. Belə olan halda, sual yaranır ki, bir-biri ilə rəqabət aparan və eyni əmələ görə məsuliyyət müəyyən edən iki normaya nə ehtiyac var? Doğrusu, biz də bunun hansı zərurətdən yarandığını bilmirik. Bu barədə bircə ehtimal irəli sürə bilərik. İXM-in 346.2-ci maddəsi üzrə məsuliyyətə cəlb etmə DYP-nin səlahiyyətinə aiddir. 322-ci maddədəki xətalardan əksəriyyətinə görə məsuliyyətə cəlb etmə isə Nəqliyyat Nazirliyinin səalhiyyətindədir. Görünür, bu üsulla Nəqliyyat Nazirliyinin səalhiyyətində olan inzibati xətaların sayını artırmağa çalışanlar var. Hər halda qanunvericliyə belə yanaşmanın əsl səbəbini onun layihəsini hazırlayanlar daha yaxşı bilir. Bunu izah etsəydilər, biz də dəqiqini bilərdik.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










