“Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?” - Deputat

Ötən il Milli Məclisin komitə iclasında daşınar əmlakın ipoteka predmetinin olub-olmaması məsələsi ətrafında qızğın müzakirələr getmişdi. Millət vəkilləri daşınar əmlak anlayışının nə demək olmasının aydınlaşdıra bilməmişdilər və məsələni aydınlaşdırmaq üçün Milli Məclisin müvafiq şöbəsinə göstəriş verilmişdi. Bu gün İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev məsələyə aydınlıq gətirib.
O qeyd edib ki, bununla bağlı müddəalar Mülki Məcəllənin 264-ci maddəsində öz əksini tapıb: “2007- ci ildə qəbul olunan “İpoteka haqqında “ qanunda da daşınar əmlak predmetinin tərifi verilmişdi. Xidməti və mülki silahlar, kitabxanada olan qiymətli kitablar, qiymətli kağızları rəsmiləşdirən daşınar əmlaklar, daşınar tarix və mədəniyyət abidələri daşınar əmlak predmeti ola bilməz. Məsələn, dəmiryolunda nəqliyyat vasitələri, Fövqəladə Hallar Nazirliyinə məxsus kiçik gəmilər və. s-lər də istisnadır”.
Millət vəkili Cavid Qurbanov isə şöbə müdirinə xitabən deyib: “Rauf, sən heç nə dediyini özün başa düşdünmü? Bu bizə yenə aydın olmadı. Bəs Nəqliyyat Nazirliyini ipotekaya qoymaq olar?”.
Əli Məsimli də qeyd edib ki, bu həqiqətən də ciddi məsələdir: “Bu gün buna səthi yanaşıb qəbul edirik. Amma gələcəkdə bu bizə fəsadlar yarada bilər. Bu sənədlər ipotekanın başına ip salıb oynamaqdır. Onu çox mürəkkəbləşdirmisiniz, gələcəkdə yəqin ki, problem yaranacaq. Allah o problemlərdən bizi qorusun”.
Millət vəkili İlham Əliyev əlavə edib ki, problem yarananda o zaman göndərəcəklər və qanuna dəyişkilik olunacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










