Nəqliyyat sahəsinə verilmiş biznes kreditlərinin HƏCMİ ARTIB

2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kreditlərinin həcmi 1 milyard 473,4 milyon manat təşkil edib.
Avtosfer.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Bu növ kreditlərin həcmi aylıq müqayisədə 12,3 milyon manat (0,8%), illik müqayisədə 229,5 milyon manat (18,5%) böyüyüb.
Qeyd edək ki, nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 2025-ci ilin yanvarın 1-nə 1 milyard 461,1 milyon manat, ötən ilin eyni dövrünə 1 milyard 243,9 milyon manat təşkil edib.
Xatırlatma üçün bildirək ki, 2025-ci ilin fevralın 1-nə Azərbaycan banklarının cəmi biznes kredit portfeli 14 milyard 709,9 milyon manat təşkil edib.
Biznes kredit portfeli aylıq müqayisədə 77,3 milyon manat (0,5%) kiçilib, illik müqayisədə 1 milyard 797 milyon manat (13,9%) böyüyüb.
Qeyd edək ki, ümumi biznes kredit portfeli 2025-ci ilin yanvarın-nə 14 milyard 787,2 milyon manatın, ötən ilin eyni dövrünə 12 milyard 912,9 milyon manat təşkil edib.
Çin avtomobili kraş-testdə 0 bal aldı - VİDEO
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - QİYMƏTLƏR
"Honda"nın bir milyondan çox avtomobili yoxlanılacaq
Diplomatların avtomobilləri və əmlakları satışa çıxarılır – SƏBƏB
ABŞ-nin Bakıdakı səfirliyi əşyaları və avtomobilləri ucuz qiymətə satışa çıxardı - FOTOLAR
Dünyanın ən məşhur hiperkarlarından birinin kiçik versiyası hazırlandı - FOTO
"Tesla"nın əməkdaşları müştəriləri izləyiblərmi?
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...












