Nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı – FOTO+VİDEO

Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb. Hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, nişan mərasimindən qayıdan maşın karvanının önündə hərəkət edən “Dodge” markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək "Niva" markalı avtomobillə toqquşub. Bundan sonra arxadan gələn "VAZ-21015" markalı avtomobil də müvazinəti itirərək onlara çırpılıb. Qəza nəticəsində "Niva"da olan 3 şəxs hadisə yerindəcə keçinib. "Dodge" markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Zaur Orucov və «VAZ-21015» markalı avtomobildəki sərnişinlərdən biri- Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı 5 nəfər də yaralanıb və vəziyyətləri olduqca ağırdır. Yaralılar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu ərazisində 2 “VAZ” və “Dodge” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunublar. Nəticədə xilasedicilər “VAZ” markalı avtomobildən 3 nəfərin cəsədini və 1 nəfər yaralını çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:45-də başa çatıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı













