Nişan xonçaları məzarı üzərinə qoyulan şəhid Cavid... - FOTO - VİDEO

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də 27 yaşlı Cəfərov Cavid Fərhad oğludur. Müharibənin ilk günlərindən döyüşə atılan Cavid, oktyabrın 2-də yaralı komandirini ərazidən çıxarmağa çalışarkən snayper gülləsinə tuş gəlib və şəhidlik zirvəsinə ucalıb.
"Qafqazinfo"nun əməkdaşları şəhid Cavid Cəfərovun ailəsində olub, anası Nəzakət Cəfərova ilə söhbətləşib.
Nəzakət xanım bildirib ki, Cavid əsgərliyini başa vurduqdan sonra, orduda xidmət etmək qərarına gəlib. O, hərbi xidmətə MAXE-əsgər kimi davam edib.
Nəzakət Cəfərova oğlunun şəhid olması ilə bağlı xəbəri də elə oktyabrın 2-də alıb. Ona Sumqayıt şəhər İcra Hakimiyyətindən zəng ediləndə, şəhid anası yolda olub. Bu zaman Cavidin adı çəkilən kimi o, özündən asılı olmayaraq qışqırıb və bilib ki, oğluna nəsə olub.
Cavidin qardaşı Xəyyam Cəfərov isə bir müddətdir Türkiyədə çalışır. Xəyyam qardaşının şəhid olmasından gec xəbər tutub. O, Cavidin şəhid olmasını dostlarının ona yazdığı başsağlığı mesajlarından sonra öyrənib.

Nəzakət xanımın sözlərinə görə, dekabrın 1-də Cavidin doğum günü idi. O, həmin tarixdə oğlu üçün nişan aparmağı planlaşdırırmış. Bunun üçün anası nişan üzüyü də almışdı. İndi Cavidin nişan xonçaları onun Sumqayıt Şəhidlər Xiyabanındakı məzarının üzərinə qoyulub...
Qeyd edək ki, Cavid Cəfərovun atası Fərhad Cəfərov Birinci Qarabağ savaşının iştirakçısı olub. Ata Cəfərov Ağdamın Çəmənli kəndi uğrunda gedən döyüşlərdə yaralanıb. Cavid 4 yaşında ikən atasını itirib.





"Tesla" iki modelin istehsalını dayandıracaq
İki avtomobil modelinin istehsalı dayandırıldı
Çin maşını sürənlərin üzləşdiyi əsas PROBLEMLƏR
Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA
Rusiyada təzad: Premium avtomobillər daha çox alınır
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA











