Nişandan qayıdanda qəzada ölən gənc icra başçısının bacısı oğlu imiş

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun ailəsində faciə baş verib. İcra başçısının bacısı oğlu yol qəzasında dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat anspress-ə İcra Hakimiyyətindən verilib. Qurumun nümayəndəsinin sözlərinə görə, hadisə Yevlaxda baş verib. "Rəhmətə gedən Yevlax sakini olub. Onun 26 yaşı var idi. Hazırda Müstəqim müəllim yas mərasimindədir", - deyə qurum rəsmisi bildirib.
Qəza ötən gecə Aran-Mingəçevir avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində Yevlax rayon sakini, 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Eyvazağa oğlu idarə etdiyi “Mercedes” markalı, 66-BE-972 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücü elə hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, qəzaya düşənlər qohumlarının nişan mərasimindən qayıdırmışlar. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.Daha bir yol qəzasına Zərdab Rayon İcra Hakimiyyətinin başçısının ailəsi düşüb. İcra başçısı Lütfəli Babayevin bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib. Avtomobildə daha üç nəfər olub ki, onlardan ikisi Lütfəli Babayevin nəvələri, digəri isə yeznəsi olub. Hazırda onların vəziyyəti normaldır.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












