"Nissan" şirkəti xüsusi "370 Z" versiyasını təqdim etdi - FOTO

Yaponiyanın "Nissan" şirkəti "370 Z Heritage Edition" modelini təqdim edib. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, şirkət bu xüsusi versiyanı "240 Z" modelinin 50 illik yubileyi şərəfinə istehsal edib. Xüsusi versiya iki rəngdə-sarı və qara rəngdə təklif edilir. Anoloji rənglər salonun detallarında da istifadə edilib. Bundan başqa yeni fənərlər, kosmetik dəyişikliklər, radiatorun şəbəkəsi və qapı dəstəklərində əlavələr, yeni səsboğucu sistem də yeniliklər sırasındadır. "370 Z Heritage Edition" V6 obrazlı, 3.7 litr həcmli yeni mühərriklə təchiz edilib. Aqreqat 322 at gücü hasil edir. Bundan başqa mühərrik 6 pilləli mexanik və 7 pilləli avtomat sürətlər qutusu ilə də təklif edilir. Yeni model gələn həftə Nyu-York avtomobil sərgisi çərçivəsində təqdim ediləcək.






Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












