Banner

“Niva Sport” təqdim edildi – EHTİYAT TƏKƏR VƏ DOMKRATSIZ  - VİDEO

Avtoxəbər 17 Yanvar 2025 16:30 Oxunub 2208
“Niva Sport”  təqdim edildi – EHTİYAT TƏKƏR VƏ DOMKRATSIZ    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtovaz şirkəti nəhayət yeni “Niva Sport” modelini təqdim edib. 

Avtosfer.az xəbər verir ki, avtomobilin dizaynında ciddi dəyişiklik edilməyib. Asqı sistemində nisbi yerdəyişmələr edilib. 
Rus avtomobil jurnalistlərinin fikrincə, mühərrikin gücü də 80-dən 122-yə qaldırılıb. Lakin burada yenilik yoxdur.  Sadəcə olaraq 70-ci illərin məhsulu olan 2121 mühərriki “Granta” mühərriki ilə əvəzlənib. Transmissiya barədə isə ətraflı məlumat yoxdur. 

Rus jurnalistlərin diqqətini bir məqam da çəkib. Videodan görünür ki, kapotun altında yer olmadığından yeni modeldə ehtiyat təkər və domkrat nəzərdə tutulmayıb. 
Ehtimal olunur ki, yaxın vaxtlarda kütləvi istehsal başladıqda bu qüsur aradan qaldırılacaq.

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh