Niyə Yaponiyada avtomobillərin kilometrajına müdaxilə edilmir?

Avtomobilin qət etdiyi yolun azaldılması Azərbaycanın ikincim əl avtomobil bazarında on illərin problemidir. Çox az maşına rast gəlmək olar ki, satışdan əvvəl kilometraja müdaxilə edilməmiş olsun. Çünki gedişin azlığı maşının tez və baha qiymətə satılmasını şərtləndirir. Lakin dünyanın hər yerində vəziyyət eyni deyil.
Avtosfer.az xəbər verir ki, Yaponiyadan idxal edilən ikinci əl avtomobillərdə bu problemə demək olar rast gəlinmir. Səbəb avtomobillərin satış və texniki baxış sistemindədir.
Hərracda, yaxud ayrıca satılmasından asılı olmayaraq bütün ikinci əl avtomobillər satışdan əvvəl ciddi nəzarətdən keçirilir. Hər hansı uyğunsuzluq olduqda satışa icazə verilmir. Gündoğar ölkədə avtomobilin bort kompüterinə müdaxilə cinayət sayılır və buna əl atanlar 5 ilədək azadlıqdan məhrum edilə bilər.
İkinci amil texniki xidmətlə bağlıdır.
Avtomobildə aparılan bütün təmir işləri təyyareədə olduğu kimi uçotlaşdırılır. Maşın satarkən saxtakarlığa yol verən firma etimadını itirərək müflis ola bilər.
Yaşı üçü ötmüş avtomobillər texniki baxışdan keçməlidir. Bu zaman kənar müdaxilələr də yoxlanılır. Həm də, yaponlar avtomobili on illərlə sürmədikləri üçün odometrə müdaxiləyə də ehtiyac qalmır.
Nəhayət, ən başlıca məsələ mədəni amildir. Yaponiyada fırıldaqçılıq pis əməl kimi qiymətləndirilir və qəbuledilməzdir.
Vüqar
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir












