Nömrəni avtomobilin harasına vurmaq olar? - FOTO

Hərdən yollarımızda dövlət qeydiyyat nişanları (nömrələri) nəzərdə tutlan yerdə deyil, başqa cür asılmış avtomobillərə rast gəlinir. Belə halda iki sual yaranır:
1. Dövlət qeydiyyat nişanları avtomobilin harasında olmalıdır?
2. Qeydiyyat nişanları fərqli yerdə olarsa, buna görə məsuliyyət nəzərdə tutulurmu?
Hər iki sualın cavabı qanunvericilikdə mövcuddur.
Birinci suala cavab olaraq bildirirəm ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının məzmununa, tərtibatına və nəqliyyat vasitəsində yerləşdirilməsinə dair tələblər milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulur. Qanunvericilik standartların tələblərinə uyğun qeydiyyat nişanlarının avtomobillərdə necə gəldi deyil, yalnız nəzərdə tutulan yerdə bərkidilməli olduğunu müəyyən edir. “Yol hərəkəti haqqında” Konvensiyanın 2 saylı əlavəsində deyilir ki, qeydiyyat nömrəsi xüsusi lövhəciyə yazılmışsa, bu lövhəcik düz olmalı və şaquli və ya demək olar ki, şaquli vəziyyətdə nəqliyyat vasitəsinin uzununa orta kəsiyinə perpendikulyar bərkidilməlidir.
Dünyanın bütün avtomobil istehsalçıları bu beynəlxalq tələbi nəzərə alaraq, istehsal etdikləri avtomobilin konstruksiyasında arxada və qabaqda qeydiyyat nişanları üçün yer nəzərdə tuturlar. Nişanlar məhz həmin yerə bərkidilməlidir. Qeydiyyat nişanlarının fərqli yerə bərkidilməsi həmin tələbin pozulmasına gətirib çıxara bilər.
Məlumdur ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə qeydiyyat nişanlarının iki formasına rast gəlinir: hərf və rəqəmləri bir sətirdə yazılan lövhələr; hərf və rəqəmləri iki sətirdə yazılan lövhələr. Avtomobil istehsalçıları konstruksiyada hansı forma üçün yer nəzərdə tutubsa, qeydiyyat nişanının lövhəsi həmin formada olmalıdır. Çünki fərqli formalı nömrəni həmin yerə bərkidəndə lövhə əyilməli olur və ya başqa bir tələb pozulur.
Nəzərə almaq lazımdır ki, müasir avtomatik qeydiyyat funksiyasına malik nəzarət qurğularının (radarlar, kameralar və s.) əksəriyyəti avtomobillərin nömrələrini oxuya bilirlər. Bu qurğular da məhz nəzərdə tutulan yerə bərkidilmiş qeydiyyat nişanlarını rahat oxuyurlar.
Qanunvericilikdə qeydiyyat nişanlarının, hətta onlardan birinin yerində olmamasına görə məsuliyyət nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 155.1.3-cü maddəsinə əsasən, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə 40 manat cərimə nəzərdə tutulur. Bu normanın hərfi mənasından aydın olur ki, avtomobilin nömrə lövhələrindən biri və ya hər ikisi konstruksiyada nəzərdə tutulmuş yerində deyil, başqa yerdə bərkidilmiş olarsa, sürücü 40 manat cərimə edilə bilər. Məsələn, mətnə əlavə olunmuş şəkildəki avtomobilin sürücüsü velosipedin qeydiyyat nişanının qarşısını almaması üçün onu öz yerindən çıxararaq başqa cür asıb. Amma bu hərəkət sürücü üçün 40 manat cərimə deməkdir.
Ərşad Hüseynov,
hüquqşünas
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır












