Normadan çox yük daşıyan maşınlar yeni qaydalarla yoxlanılacaq

Azərbaycanda iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi ilə əlaqədar inzibati xəta hadisəsi elektron tərəzilər və foto və ya videoqeydiyyat funksiyalarına malik texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası dəyişdirilir. Avtosfer.az xəbər verir ki, bu barədə məsələ parlamentin iyunun 24-də keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Məcəllənin 127-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, saxlanmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri müvafiq icra hakimiyyəti orqanının əməkdaşının və saxlanmış nəqliyyat vasitəsini idarə edən şəxsin iştirakı ilə nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşı tərəfindən ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
Qeyd edək ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsində bu tələb belə göstərilir: "Saxlanılmış nəqliyyat vasitəsinin çəki və kütlə parametrləri nəzarət məntəqəsində quraşdırılmış xüsusi texniki vasitələrlə ölçülür və məlumatlar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür".
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










