Növbəti nəsil avtomobillərin strategiyası hazırlanacaq

Yaponiya elektromobillərin istehsalına keçidlə əlaqədar qlobal meyillər fonunda özünün növbəti nəsil avtomobillər strategiyasını hazırlayacaq. Azərtac xəbər verir ki, Yaponiya Sənaye Nazirliyinin nümayəndələri həmin strategiyanı cari ilin ortalarınadək hazırlamağı planlaşdırırlar. Sənədin elektromobillərə, hibrid modellərə və həmçinin yanacaq elementləri ilə işləyən avtomobillərə münasibətdə hərtərəfli siyasətin əsasını təşkil edəcəyi bildirilir. Bununla əlaqədar sənaye naziri Hiroşiqe Sekonun apreldə xüsusi komitə yaradacağı gözlənilir. Həmin komitənin tərkibinə hökumət nümayəndələri, alimlər və avtomobil istehsalı üzrə aparıcı şirkətlərin rəhbərləri daxil olacaqlar. Xatırladaq ki, Fransa və Böyük Britaniya 2040-cı ildə dizel və benzin yanacağı ilə işləyən yeni avtomobillərin satışını dayandırmağı planlaşdırır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












