Ödənişli yolda sürət həddi niyə 110 km saatdır? - VİDEO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ödənişli olduğu halda sürət limiti digərlərindəki kimidir.
Dünya təcrübəsinə baxdıqda ödənişli yollarda təyin olunmuş maksimal sürətin digərlərindən yüksək olduğunu görmək mümkündür. Elə qardaş ölkə Türkiyədə maksimal sürət 130 km saat olduğu halda, ödənişli yolda bu 140 km saatdan çoxdur.
Elə isə ödənişli Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda sürət həddi niyə 110km saat olaraq qalıb?
Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, yolda yüksək sürət həddinin olması üçün infrastruktur da bu səviyyəyə cavab verməlidir. Yəni yolun keyfiyyətinə və ondan istifadə edən nəqliyyat vastilərinin tam təhlükəsizliyinə əmin olmaq lazımdır. Sonra isə müvafiq qərarla sürət həddinin artırılması təmin edilə bilər.
Elməddin Muradlı bildirib ki, sürət həddinin artırılmasında rol oynayan ikinci amil isə avtomobil parkının hazırki vəziyyətidir. Avtomobil parkı köhnə olan ölkə üçün maksimum sürət həddini artırmaq uğurlu addım olmaz. Çünkü ististmar müddətini başa vurmuş kifayət qədər avtomobil var ki, texniki imkanları hazırda təyin olunmuş sürətə yetmir.
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır











