Oğurladıqları maşına dəyişiklik edib satıblar - VİDEO

İsmayıllı sakini 34 yaşlı Azad Dəmirovu, paytaxtın Yasamal rayon 29-cu polis bölməsinin əməkdaşları avtomobil oğurlamaqda şübhəli bilərək saxlayıb. Maşın ustası olan Azad Dəmirov ilk oğurluğunu 2 il əvvəl törətdiyini deyib. O, metronun 20 yanvar stansiyası yaxınlığında ''VAZ-2107'' markalı avtomobili oğurlayıb. Polis müəyyən edib ki, Azad Dəmirov iki ''Vaz'' və bir ''Tofaş'' markalı avtomobili Tahir və Mahir Atakişiyev qardaşları ilə birgə oğurlayıb. Azad Dəmirov öz sənətindən istifadə edərək avtomobillərin detallarını və kodlarını dəyişdirərək onları satıb. O, oğurladığı avtomobilin birini 1300-1500 manat arasında sataraq pulu da 3 nəfər arasında bölüblər. Bu işdə adı çəkilən Tahir və Mahir Atakişiyev qardaşları ötən ilin oktyabrında Xəzər rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər. Fakta görə Azad Dəmirov barəsində oğurluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb.
Məsələ avtomobil alarkən mühərrik nömrəsinin qeydiyyat şəhadətnaməsindəki nömrə ilə uyğun olub olmamasını aktuallaşdırır. Ekspertlərin sözlərinə görə avtomobil alarkən etibarnamə ilə yox, hər kəs öz adına qeydiyyata salmalıdır...Belə olduqda yol polisi avtomobilin ban, mühərrik və şassin nömrəsini yoxlayır...
Bu arada ötən il ərazində paytaxda 96 avtomobil qaçırılıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.Onun sözlərinə görə qaçrılmış avtomobillərdən 75-i tapılaraq saz vəziyyətdə sahibinə qaytarılıb. 21 avtomobilin isə tapılması istiqamətində işlər aparılır.
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










