Oğurlanan hər dörd avtomobildən biri “Toyota Land Cruiser” olub – SİYAHI

Yaponiyada oğurlanan hər dördüncü avtomobil “Toyota Land Cruiser” olub. Avtosfer.az xəbər verir ki, 2024-cü ildə model ölkədə oğurlanan avtomobillər arasında birinci yeri tutub. Bu barədə yerli Baş Sığorta Assosiasiyasının 2024-cü ilin yekun hesabatında bildirilib.
Qeyd olunub ki, il ərzində bu yolsuzluq avtomobillərindən 688 ədəd oğurlanıb, bu da 2023-cü illə müqayisədə təxminən iki dəfə (383 ədəd) çoxdur.
Bundan əlavə, ilk üçlük siyahısına daha iki “Toyota” modeli daxildir – “Alphard” və “Prius”.
Antireytinqi, dördüncü və beşinci yerlərdə isə “Lexus LX” və “RX”, altıncı yerdə “Crown” sedanı, yeddinci və səkkizinci yerdə “Hiace” və “Velfire” minivenləri, doqquzuncu yerdə” Lexus LS” və “Toyota Voxy” tamamlayıb.
Bununla da, Yaponiyada ən çox oğurlanan avtomobillərin ilk 10-luğuna sırf “Toyota” və “Lexus” avtomobilləri daxildir.
Həmçinin hesabatda, ötən ildə Yaponiyada ümumilikdə 2499 avtomobilin oğurlandığı və oğurluğa görə orta sığortanın ödənişinin 2, 815 milyon yen təşkil etdiyi göstərilib. Bu da bugünkü məzənnə ilə manata çevrildikdə 32382,86 AZN təşkil edir.
Namiq Musayev
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










