Oliqarxın 400 milyon avroluq yaxtasını okeandan çıxara bilmir...

Oliqarxın 400 milyon avroluq yeni yaxtası yol tapıb Atlantik okeanına çıxa bilmir...
Ötən həftə rusiyalı oliqarx Andrey Melniçenkoya məxsus olan, dünyanın ən böyük yelkənli yaxtası Almaniyanın Kil limanından dənizə buraxılıb və test üzüşünə başlayıb. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, ilkin olaraq “A” adlanan yaxta Almaniyanın German Naval Yards tərsanəsində yığılıb, 400 milyon avroya başa gəlib. Sınağın birinci günü yaxta Baltik dənizində saatda 20 dəniz üzlü sürətlə hərəkət edib, Ferman adasına çatanda limana geri qayıdıb. Gəmini idarə edən komanda 3 nəhəng yelkəni sınaqdan keçirir. Bu yelkənlər meteoroloji vəziyyətdən asılı olaraq avtomatik açılır və olduqca mürəkkəb texnikaya malikdir.

Lakin yaxtanın sahibinə təhvil verilməsində bir əngəl var. Aydın deyil ki, 100 metr hündürlüyündə yaxta Baltik dənizindən Şimal dənizinə, oradan isə Atlantik okeanına necə çıxacaq. Məsələ ondadır ki, Baltik dənizindən okeana çıxmağın yeganə yolu Droqden körfəzindən keçir. Körfəzi bir tərəfdən Danimarkada Böyük Belt və Kiçik Belt körpüləri kəsir, habelə İsveçi Danimarka ilə birləşdirən Eresund körpüsü bu körfəzin üzərindədir. Bu körpülərin altından ən çoxu 50 metr hündürlüyündə gəmilər keçə bilər. Üstəlik həmin ərazidə dəniz dayazdır və dərinliyi cəmi 8-10 metrdir. Tərsanə oliqarxın yaxtasının bu əngəli necə aşacağını şərh etməyib.

Melniçenkonun yaxtası fransalı Filip Ştark tərəfindən dizay edilib. Onun məxsusiliyi həm də bundadır ki, yaxtanın altında sualtı mənzərələri seyr etmək üçün bölmə, habelə katerləri və sualtı qayığı dənizə endirmək üçün bölmə var. Andrey Melniçenko 44 yaşındadır, “Forbes”in hesablamalarına görə 10.1 milyard dollar pulu var. Rusiyanın 100 ən varlı biznesmeni arasında 11-cidir. Onun aktivlərinə “Evroxim” şirkəti, Sibir elektrik enerjisi istehsalı şirkəti və digərləri daxildir.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var










